Avq 24, 2017 08:43 Asia/Baku
  • Əbdulməlik Bədrəddin
    Əbdulməlik Bədrəddin

Yəməndə Ənsarullah təşkilatının baş katibi bir bəyanatda qeyd edib ki, yəmənlilər güclu əhval-ruhiyyə ilə səud rejiminin cinayətləri qarşısında dayanıblar.

Əbdulməlik Bədrəddin Əlhəusi dünən səud təcavüzkarlarının onlarla yəmənli mülkinin ölməsi və yaralanması ilə nəticələnmiş Yəmənin Səna vilayətinin Ərhəb məntəqəsində törətdikləri son cinayətə toxunaraq, vurğulayıb ki, səud rejimi amansızlıqla Yəmən xalqını qanına qəltan edir.

Ənsarullah təşkilatının baş katibi həmçinin deyib ki, yəmənlilər səud təcavüzkarları və problemlərlə üzləşərkən ciddi şəkildə və məsuliyyət hissi keçirməklə əməl etməlidirlər.

Ərəbistan ABŞ-ın dəstəyilə və BMT-nin sükutu sayəsində 2015-ci ilin martında Yəmənə təcavüz etdi və bu ölkənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə Yəməni quru, dəniz və havadan mühasirəyə aldı.

Bu hərbi təcavüz 12 mindən çox yəmənlinin şəhid olması, on minlərlə yəmənlinin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və bu ölkənin infrastrukturlarının dağılması ilə nəticələnibdir.

Bu təcavüz habelə yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib və bir çox xəstələkilərin yayılmasına bais olubdur.

Teqlər