Avq 25, 2017 10:03 Asia/Baku
  • Pakistanın hərbi rəsmisi Trampın hədələrinə reaksiya verib
    Pakistanın hərbi rəsmisi Trampın hədələrinə reaksiya verib

Pakistan ordusunun quru qoşunlarının komandanı Donald Trampın Pakistana maliyyə yardımlarının kəsiləcəyinə dair təhdidlərinə cavabda vurğulayıb ki, İslamabadın Amerikanın köməklərinə ehtiyacı yoxdur.

Pakistan ordusunun quru qoşunlarının komandanı general Qəmər Cavid Bacuh bu sözləri dünən İslamabadda ABŞ səfiri Devid Hill ilə görüşdə vurğulayıb.

General Qəmər Cavid Bacuh ABŞ prezidentinin Pakistana öz ərazisində terrorçulara sığınacaq verməsinə dair vurduğu ittihamı rədd edərək, deyib ki, Pakistan terror qrupları ilə mübarizədə ciddidir və bu yolda çoxlu sayda qurban veribdir.

O, əlavə edib: Əfqanıstanın təhlükəsizliyi başqa ölkələr üçün önəmli olduğu qədər Pakistan üçün də əhəmiyyətlidir.

 

Teqlər