Tələfərdə sürətli qələbənin rəmzi; İraq qüvvələrinin tam koordinasiyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280816-tələfərdə_sürətli_qələbənin_rəmzi_İraq_qüvvələrinin_tam_koordinasiyası
İraqın Xalq Səfərbər Qüvvələrinin komandanlarından biri bildirib: İraq qüvvələri, ordu, polis və xalq səfərbər qüvvələri arasında tam koordinasiya Tələfərdə İŞİD terror qruplaşması qarşısında sürətli qələbəyə səbəb oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 26, 2017 17:07 Asia/Baku
  • Yusif əl-Kilabi
İraq Xalq Səfərbər Qüvvələrinin komandanlarından
    Yusif əl-Kilabi İraq Xalq Səfərbər Qüvvələrinin komandanlarından

İraqın Xalq Səfərbər Qüvvələrinin komandanlarından biri bildirib: İraq qüvvələri, ordu, polis və xalq səfərbər qüvvələri arasında tam koordinasiya Tələfərdə İŞİD terror qruplaşması qarşısında sürətli qələbəyə səbəb oldu.

İRİB-in məlumatına görə, İraq Xalq Səfərbər Qüvvələrinin komandanlarından Yusif əl-Kilabi şənbə günü Livanın əl-Məyadin televiziyasına verdiyi müsahibədə Tələfərdə sürətli qələbənin digər səbəbləri haqda əlavə edib: İraq qüvvələrinin dəqiq planları, Mosulun azad olunmasından sonra İŞİD qüvvələrinin ruhiyyəsinin zəifləməsi və onlar arasında ixtilafın yaranması İŞİD sıralarının tez bir zamanda dağılması ilə nəticələndi. 

Yusif əl-Kilabi əlavə edib: İŞİD terrorçularının ardıcıl məğlubiyyətləri İŞİD-lə savaşan ölkələrin hamısına mütləq müsbət təsir göstərəcək və bu ölkələrin fərqli siyasətə son qoyaraq İraqa kömək edəcəyinə ümid olunur. 

İraq Xalq Səfərbər Qüvvələrinin bu komandanı bildirib: İŞİD İraqda son nəfəslərini çəkir və iraqlılar digər ölkələrin köməyi ilə bu önəmli qələbəni əldə edə bildilər. 

20 avqustda başlanan Neynəva vilayətinin qərbində Tələfər şəhərinin azad olunması əməliyyatı bir həftə əməliyyatdan sonra şənbə günü İŞİD terrorçularının nəzarətindən çıxarıldı və tam şəkildə İraq qüvvələrinin nəzarətinə keçdi.