Təl-Əfər azad olunmaq ərəfəsində
Avq 27, 2017 08:31 Asia/Baku
-
Təl-Əfər azad olunmaq ərəfəsində
İraqlı mənbələr dünən gecə Təl-Əfər strateji məntəqəsinin yaxın günlərdə İŞİD-in işğalından azad ediləcəyindən xəbər veriblər.
Əlaləm telekanalı xəbər verib ki, Təl-Əfər şəhərinin 29 məhəlləsindən 27-nin azad edilməsilə bu məntəqə İŞİD ünsürlərindən təmizlənmə ərəfəsindədir.
Belə bir halda, Əlməyadin telekanalının məlumatına görə, İraq müdafiə nazirliyinin rəsmiləri bildiriblər ki, bu ölkənin baş naziri Heydər Əlibadi tezliklə Təl-Əfər şəhərinin tam şəkildə azad edildiyini elan edəcək.