Əriqat İsrail işğalçılığına son qoyulmasını istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281334-Əriqat_İsrail_işğalçılığına_son_qoyulmasını_istədi
Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi dünya ictimaiyyətinin İsrailin Fələstinə qarşı işğalçılıq siyasətini durdurmaq üçün dərhal ciddi addımlar atmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 14:55 Asia/Baku
  • Əriqat İsrail işğalçılığına son qoyulmasını istədi

Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi dünya ictimaiyyətinin İsrailin Fələstinə qarşı işğalçılıq siyasətini durdurmaq üçün dərhal ciddi addımlar atmasını istəyib.

İRİB-nin verdiyi məlumata görə, Fələstin Azadlıq Təşkilatının icra komitəsinin baş katibi Saib Əriqat deyib: ABŞ, Avropa Birliyi, Rusiya və BMT  başda olmaqla dünya ictimaiyyəti İsrail rejimini Əl-Xəlil şəhərində sionist sakinli məntəqələrin müstəqil idarəetmə şurasının təsis edilməsi üzrə qərarından geri çəkilməyə məcbur etməlidir. 

İsrailin müharibə naziri Aviqdor Liberman ötən çərşənbə günü deyib: Əl-Xəlilin sionist sakinli məhəlləsi artıq Kəriyat Ərbəə şəhər şurasına tabe olmayacaq. Və İsrailin Daxili İşlər Nazirliyi və Sosial İşlər İdarəsində müstəqiş qəsəbə olaraq qeydə alınıb. 

Əriqat əlavə edib: Təl-Əvivin bu qərarı Böyük İsrail planının icraya qoyulması və Fələstin ərazilərinin İsrailə birləşdirilməsi prosesinin həyata keçirilməsi deməkdir.