İŞİD qurbanlarının ən böyük kütləvi qəbiristanlığı
Mosulun təkfirçi-sionist İŞİD terrorçularından azad edilməsindən sonra bu şəhərin qərbində İŞİD tərəfindən öldürülənlərin ən böyük kütləvi məzarlığı aşkar edilib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İŞİD qrupu Mosulun qərbində və Tələfər şəhərində dəhşətli cinayətlər törədib və insanları qırğın etdikdən sonra cəsədlərini Baduş dərəsinə töküb. Baduş həbsxanası həmin dərənin yaxınlığında yerləşir. İŞİD 2014-cü ildə bu bölgəni işğal edəndə həmin həbsxanada minlərlə məhbus var idi.
İŞİD terrorçuları məhbusları Baduş dərəsinə köçürüblər və dərəyə yayılmış cəsədlərdən bəlli olduğu kimi oradaca məhbusları qırğın edib.
Bu bölgədə aşkar edilən cəsədlərin kimliyi bəlli deyil və yerli əhali bunun üçün ekspertiza mütəxəssislərinin gəlişini gözləyir.