Seyid Həsən Nəsrullah: Müqavimət hadisələrin gedişini müsəlmanların xeyrinə dəyişdi
-
Seyid Həsən Nəsrullah: Müqavimət hadisələrin gedişini müsəlmanların xeyrinə dəyişdi
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayı ərəfəsində din təbliğatçıları ilə görüşündə deyib: Müqavimət Suriyada qalib gəldi və bundan sonrası sadəcə pərakəndə döyüşlərdir.
Əl-Aləm kanalının məlumatına görə, Livan Hizbullahının baş katibi deyib: Suriya hadisələrinin əvvəllərində İrana getdim və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei ilə görüşdüm. O zaman hamı Suriya hökumətinin 2-3 ay ərzində süqut edəcəyini təsəvvür edirdi. Amma, biz öz baxışlarımızı açıqladıq və dedik ki, əgər Dəməşqdə savaşmasaq, Livanın Hərməl, Bəəlbək, Ğaziyə, qərbi və cənubi Bəqa məntəqələrində savaşmalı olacağıq.
Seyid Həsən Nəsrullah İŞİD terror qruplaşmasının bütün planlarının iflasa uğradığını deyərək, əlavə edib: Bütün hadisələri region xalqlarının xeyrinə dəyişəcək böyük hadisələr baş verməkdədir.