Bağdadda terror aktlarında 12 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283653-bağdadda_terror_aktlarında_12_nəfər_ölüb_və_yaralanıb
İraqda polis mənbələrindən biri Bağdadda baş verən iki ayrıca terror aktında 2 mülkinin həlak olması və 10 nəfərin yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2017 12:55 Asia/Baku
  • Bağdadda terror aktlarında 12 nəfər ölüb və yaralanıb
    Bağdadda terror aktlarında 12 nəfər ölüb və yaralanıb

İraqda polis mənbələrindən biri Bağdadda baş verən iki ayrıca terror aktında 2 mülkinin həlak olması və 10 nəfərin yaralanmasından xəbər verib.

İSNA-nın verdiyi məlumata görə, İraqın polia mənbəyi bildirib ki, bu gün səhər çağı Bağdadın şimalında yerləşən Səbəəl-Bur bölgəsində bir bomba partlayışı nəticəsində bir iraqlı vətəndaş ölüb və 7 nəfər yaralanıb. 

Bu məlumata görə, ikinci bomba Bağdadın şərqində bir ticarət zonasında partladılıb və bir nəfərin ölümü 3 nəfərin yaralanması ilə nəticələnib. 

Hələlik bu terror aktlarının məsuliyyətini kimsə üzərinə götürməyib.