Sen 30, 2017 13:51 Asia/Baku
  • Əcnəbi vətəndaşlar İraq Kürdüstanından qaçır
    Əcnəbi vətəndaşlar İraq Kürdüstanından qaçır

Ərbil və Süleymaniyyə şəhərləri aeroportları xarici vətəndaşların kütləvi şəkildə İraq Kürdüstanını tərk etmələrinin şahididir.

Bir neçə ölkə öz vətəndaşlarından Bağdadın İraq Kürdüstanına beynəlxalq uçuşların cümə günündən etibarən dayandırılması ilə əlaqədar qərarını əsas götürərək bu muxtariyyəti tərk etmələrini istəyib. 

Bundan öncə İraq baş naziri Heydər əl-ibadi bildirib ki, Bağdad rəsmiləri Konstitusiyaya əsasən İraq Kürdüstanının bütün bölgələrinə nəzarəti tətbiq edəcək. 

Bu arada Ət-Təğyir (Dəyişiklik) Hərəkatı rəhbərlik dövrü başa çatmış kürd muxtariyyərinin başçısı Məsud Barzanini böhranın səbəbkarı adlandırıb və bildirib: Kürd muxtariyyəti Barzani tərəfindən yeni avantüralara dözmək niyyətində deyil. 

Digər tərəfdən Türkiyə işi birdəfəlik edib və sadəcə İraq dövlətinin neftinin bu ölkə vasitəsi ilə ixrac edilməsinə icazə verib. 

İran da öz növbəsində İraqın şimalı ilə sərhəd keçidlərini Bağdad rəsmilərinə təhvil verməyə hazır olduğunu bildirib. 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də kürd muxtariyyətində referendumun keçirilməsini təhlükəli addım adlandırmış və bu hadisənin regionun stabilliyi və təhlükəsizliyini hədələdiyini bildirmişdi. Xüsusilə də hazırkı durumda bütün səylər İŞİD terror qruplaşmasının məhv edilməsinə yönəldilmşdir. 

Türkiyə xarici işlər naziri Binəli Yıldırım isə deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun araşdırılması üçün İran, Türkiyə və İraq rəsmilərinin iclası keçiriləcək. 

O, İraq dövlətinin Türkiyə ilə sərhəd keçidlərini təhvil aldıqdan sonra, iraqlı həmkarı ilə Bağdadla iqtisadi və ticarət əlaqələrini koordinasiya etmək üçün razılaşdığını bildirib. 

Teqlər