Əl-İbadi: Referendum qurtardı və tarixə qovuşdu
İraqın baş naziri 25 sentyabr 2017-ci il tarixində İraq Kürdüstanında keçirilən separatçı referenduma işarə edərək, deyib: Referendum başa çatdı və tarixə qovuşdu.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi çərşənbə axşamı Bağdadda mətbuat konfransında deyib: Separatçı referendumun ilk olaraq kürdlərin özlərinə zərər vuracağı barədə Kürd başçılara xəbərdarlıq edilmişdi.
Əl-İbadi heç vaxt vətəndaş müharibəsinə yol verməyəcəyini deyərək, İraq Kürdüstanı başçılarını ölkə konstitusiyası əsasında danışıqlara dəvət edib.
İraqın baş naziri iraqlı qüvvələrin ölkənin qərbindəki hərbi əməliyyatları barədə də deyib: Tezliklə İraqın bütün ərazilərinin İŞİD-in işğalından azad edilməsinin və Suriya ilə bütün sərhəd məntəqələrə nəzarətin təmin edilməsinin şahidi olacağıq.