İraqlı hərbi rəsmi: Kərkükdə təhlükəsizliyin təmin edilməsinə yerli polis nəzarət edir
İraq ordusunun komandanlarından biri Kərkükdə təhlükəsizliyin təmin edilməsinin yerli polis qüvvələrinin nəzarəti altında olduğunu deyib.
Əl-İraqiyə telekanalının verdiyi məlumata görə, Dəclə çayının şərq sahili üzrə əməliyyat komandanı Əli Fazil Ümran deyib: Yerli polis qüvvələri Kərkük şəhərinin daxilində təhlükəsizliyə nəzarəti öz əllərinə alıblar və ordu qüvvələri də Kərkük vilayətinin sərhədlərində yerləşəcəklər.
Ümran daha sonra deyib: Kərkükün, xüsusi ilə də bu vilayətdə olan təsisatlar və infrastrukturların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün təhlükəsizlik orqanlarına və polis komandanlığına xüsusi göstəriş verilib və Kərkük vilayətinin daxilində təhlükəsizliyin təmin edilməsi üçün sadəcə yerli polis qüvvələrinin lazımi səlahiyyətə malik olduğu bildirilib. Ordu qüvvələri isə bu vilayəti xarici təhdidlər qarşısında qorumalı və vilayətlərarası sərhədlərdə yerləşərək, xarici təhlükələr qarşısında Kərkük vilayətini müdafiə etməlidir. Ordu həmçinin, Kərkükün Səlahəddin vilayəti ilə olan sərhədlərini qorumaqla yanaşı, bu vilayətin Bağdad, Süleymaniyə, Mosul və Ərbil vilayətləri ilə sərhəd məntəqələrinə də nəzarəti təmin edəcək.
İraq ordusu ölkənin şimal bölgələrində kürd yaraqlıların İŞİD ilə mübarizə dövrdə ələ keçirdikləri ərazilərdən çıxarılması məqsədi ilə hərbi əməliyyata başlayıb. Bu əməliyyatlara bazar ertəsi günü start verilib.