İraqın daxili işlər naziri: Kərkükdə qanunu pozanlara qarşı ölçü götürəcəyik
-
İraqın daxili işlər naziri
İraqın daxili işlər naziri rəsmi Bağdadın bu ölkənin Kürdüstan bölgəsi ilə düşmən olmadığını bildirərək deyib: Kərkükdə qanunları ayaq altına alanlara qarşı ölçü götürüləcək.
Son 3 ildə bəzi Kərkük rəsmiləri İraq Kürdüstanının başçısı Məsud Barizaninin himayəsi altında bir çox qanun pozuntularına əl atıblar.
İraqın baş naziri bazar günü kürd peşmərgələrin Kərkükü tərk etmələri üçün müəyyənləşdirdiyi 72 saatlıq möhlətin sonunda İraqlı qüvvələrin Kərkükü nəzarətə almaları və bölgənin neft yataqlarının kürdlərdən geri alınmasına əmr verdi. İraqlı qüvvələr bazar ertəsi günü Kərkükə nəzarəti tam təmin etdilər.
Heydər Əl-İbadi iraqlı qüvvələrə toqquşmadan imkan daxilində çəkinmələrini və Kərkük sakinlərinin həyatını mühafizə etmələrini əmr etmişdi.
Məsud Barizaninin adamları isə Kərkükü heç vaxt tərk etməyəcəklərini deyirdilər.