Sionistlər Suriya ordusunun mövqelərini atəşə tutub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285459-sionistlər_suriya_ordusunun_mövqelərini_atəşə_tutub
Sionist rejim ordusunun Suriyadakı terrorçu qruplaşmalara dəstəklərinin davamında, bu rejim ordusu sərhəd bölgələrdə Suriya ordusunun mövqelərini bir daha atəşə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 20, 2017 06:24 Asia/Baku
  • Sionistlər Suriya ordusunun mövqelərini atəşə tutub
    Sionistlər Suriya ordusunun mövqelərini atəşə tutub

Sionist rejim ordusunun Suriyadakı terrorçu qruplaşmalara dəstəklərinin davamında, bu rejim ordusu sərhəd bölgələrdə Suriya ordusunun mövqelərini bir daha atəşə tutub.

Sky News televiziyasının sionist KİV-ə istinadla verdiyi məlumata görə, İsrail ordusu Qünəytrə sərhəd bölgəsində Suriya ordusunun mövqelərini atəşə tutub. 

Bu hücumun ehtimal olunan tələfatı haqda məlumat verilməyib. 

Sionist rejim ordusu iddia edib ki, Suriya ərazisindən Cövlan yüksəkliklərinə minaatandan atəş açılmasına cavab olaraq atəş açılıb. 

Suriyada 2011-ci ildə böhran başlandıqdan bəri İsrail rejimi Suriyadan minaatanla atəş açılması bəhanəsi ilə bu ölkəni hava və arsenal hücumlarına məruz qoyub. 

Bu hücumlarda adətən Suriya qüvvələri üçün silah daşıyan karvanlar atəşə tutulub.