Təl-Əviv "İsrail rejiminin boykot edilməsi hərəkatı" ilə mübarizə ardıncadır
-
M.Barizaninin oğlanlarının Suriyadan neft alqısı və qaçağında rolu olub
Bir sionist qəzet sionist rejimin "İsrail rejiminin boykot edilməsi hərəkatı" fəallarının təqib olunması üzrə beynəlxalq hərəkətlərindən xəbər verib.
Haarets-in məlumatına görə, İsrail rejimi "İsrail rejiminin boykot edilməsi hərəkatı" ilə mübarizə aparmaq üçün Amerikadakı çoxmillətli "Sidli Astin" şirkəti vasitəsilə Avropada, Şimali Amerikada və bəzi digər ölkələrdə məhkəmə təqibi istiqamətində addımlar atıbdır.
Sionist rejim indiyədək bu rejimin iqtisadiyyatına altı milyard dollardan çox xəsarət vurmuş "İsrail rejiminin boykot edilməsi hərəkatı" fəallarının təqibi üçün 567 milyon dollar xərc çəkibdir.
"İsrail rejiminin boykot edilməsi hərəkatı" 2005-ci ildən fəaliyyətə başlayıb və universitet və kilsələr kimi təşkilat və müəssisələri təşviq edir ki, fələstinlilərin əsas hüquqlarının rəsmən tanınacağı zamanadək İsrail rejimini boykot etsinlər.
Bu hərəkatda bir çox müəssisələrdən istənilibdir ki, İsrail rejiminin beynəlxalq qanunlara əsaslanan öhdəliklərinə əməl etmədiyi zamanadək bu rejimi müxtəlif üsullarla boykot etsinlər.