Livan Hizbullahı sionist rejimin Qəzzədə törətdiyi cinayəti pislədi
Livan Hizbullahı bir bəyanat yayaraq, İsrail rejiminin Qəzzə zolağında bir neçə fələstinlinin şəhid olması ilə nəticələnən son cinayətini kəskin formada qınayıb.
İsrail qırıcılarının bazar ertəsi günü Qəzzə zolağında, Xan Yunusun şərqində müqavimə tunelinə olan hücumunda 8 fələstinli mübariz şəhid olub, bir qrup mübariz də yaralanıb.
İRNA-nın məlumatına görə, Livan Hizbullahı çərşənbə axşamı yaydığı bəyanatda İsrail rejiminin Qəzzəyə olan son hücumunu bu rejimin cinayətkar siyasətinin davamı adlandırıb və bildirib: İsrailin Qəzzəyə olan son hücumu bu rejimin vəhşilik xüsusiyyətinin göstəricisidir. Buna baxmayaraq, bəziləri bu rejimi ərəblərin dostu qələmə verməyə çalışırlar.
Livan Hizbullahı həmçinin, Fələstin xalqı və Fələstinin müqavimət qrupları ilə həmrəyliyinə təkid edib.