İraq qüvvələri Ravəni azad etməyə hazırlaşır
-
İraq qüvvələri Ravəni azad etməyə hazırlaşır
Əl-Ənbar vilayətində Əl-Qaim şəhərinin azad edilməsindən sonra İraqın müştərək əməliyyat baş qərargahının sözçüsü Ravə şəhərinin azad edilməsi əməliyyatına hazırlıqdan xəbər verib.
İRİB-in verdiyi məlumata görə, İraqın müştərək əməliyyat baş qərargahının sözçüsü Yəhya Əzzübeydi deyib: İraqın silahlı qüvvələri Əl-Qaimi azad etdikdən sonra İŞİD-in İraqdakı son bazaları olan Ravə və Ərrəmanənin azad edilməsi əməliyyatına start verəcəklər.
Əzzübeydi Əl-Ənbar vilayətinin səhra ərazilərinin İŞİD ünsürlərindən təmizlənməsinə toxunaraq deyib: Hava əməliyyatlarında İŞİD-in Əl-Ənbar səhralıq ərazilərindəki mövqeləri hədəfə alınacaq və sonra hərbi baxımdan İŞİD-in İraqda işi bitəcək.
İraqın Hizbullah batalyonlarının sözçüsü Cəfər Əl-Hüseyni də Əl-Qaim şəhərinin azad edilməsini Vaşinqtonun müqavimət ölkələrini təcrid planının puça çıxarılması amili adlandıraraq deyib: Bu qələbənin ən əsas nailiyyəti İraqla Suriya sərhədlərində müqavimət qüvvələrinin fəaliyyəti və Amerikanın müqavimət qüvvələrini parçalamaq planının məğlubiyyəti oldu.
Əl-Ənbar vilayətinin qərb ərazilərinin azad edilməsi, İraq ordusu və xalq səfərbər qüvvələrinin iştirakı ilə oktyabr ayında başlandı. Əl-Qaim şəhərinin azad edilməsi ilə İraqın əsas hissələri terrorçulardan təmizlənib və sadəcə Əl-Qaimin şimal ərazisi terrorçuların nəzarətində qalır ki, yaxın günlərdə İraq qüvvələri tərəfindən azad ediləcəyi gözlənilir.