Səd əl-Həriri baş nazirlikdən istefa verdi
-
Səd əl-Həriri baş nazirlikdən istefa verdi
Kütləvi İnformasiya Vasitələri Livan baş naziri Səd əl-Həririnin öz vəzifəsindən istefa verdiyini bildiriblər.
Livanın əl-Minar televiziyasının məlumatına görə, Livan baş naziri Səd əl-Həriri şənbə günü istefa verdiyini Səudiyyə Ərəbistanından elan edib.
Səudiyyə Ərəbistanı KİV-i Səd əl-Həririyə istinadla iddia ediblər ki, Livanın hazırkı vəziyyəti 2005-ci ildə Livanın o vaxtkı baş naziri Rəfiq əl-Həririnin terror edildiyi zamana daha çox bənzəyir.
Səd əl-Həriri iddia edib: "Məni terror etmək istədiklərini hiss etdim, baş nazirlik vəzifəsindən istefa verdim".
Səd əl-Həriri öz istefasını elan etdikdən sonra reallığın əksinə və səudiyyəlilərlə eyni istiqamətdə sərgilədiyi mövqedə həmçinin iddia edib ki, Hizbullahın livanlılar və suriyalılar əleyhinə silahdan istifadə etməsini rədd edirəm.
Livan Hizbullahının müxalifi iddia edib: Hizbullah gücdən istifadə edərək Livanı həyata keçirilmiş işlərlə qarşılaşdırır. Hizbullahın müdaxilələri ərəb ölkələrində problemlərin yaranması ilə nəticələnib.
Səd əl-Həririnin Livan Hizbullahının silahı haqdakı iddiası elə bir haldadır ki, müqavimət son vaxtlar Livanın şərq və şimal-şərq bölgələrini Ərəbistanın dəstəklədiyi terrorçulardan təmizləmişdir. Livan müqavimətinin silahı həmişə Livanın stabilliyi və təhlükəsizliyinin qoruyucusu olmuşdur.
Livan Hizbullahı qüvvələri həmçinin Suriya prezidenti Bəşşar Əsəd hökumətinin müraciəti ilə bu ölkədə Səudiyyə Ərəbistanı və ABŞ-ın dəstəklədiyi terrorçularla mübarizə aparmaqdadırlar.
Bu arada Livanın əl-Müstəqil Cərəyanı rəsmilərindən biri Mustafa Əlvəş baş nazir Səd əl-Həririnin istefasını gözlənilməs adlandırıb.
Səd əl-Həriri 2016-cı il noyabr ayından Livanın müxtəlif qruplarının əməkdaşlığı nəticəsində ikinci dəfə olaraq baş nazir vəzifəsinə seçildi. Səd əl-Həririnin başçılıq etdiyi Nazirlər Kabinetində müxtəlif cərəyanların nümayəndəsi iştirak edirdi.