Noy 05, 2017 11:19 Asia/Baku
  • Ərriyaddakı “Kral Xalid” aeroportu Yəmən raketlərinin hədəfində

Yəmənin ordu və xalq komitələrinin raket bölməsi dünən gecə Ərəbistanın paytaxtı Ərriyadda yerləşən “Kral Xalid” beynəlxaq aeroportuna tərəf "Berkan H2" tipli bir ədəd uzaq mənzilli ballistik raket atıb.

Yəmənin raket bölməsi bildirib ki, bu raket hədəfə dəyibdir.

Ərəbistanın aviasiya təşkilatı da bu ölkənin paytaxtı Ərriyadda yerləşən “Kral Xalid” beynəlxaq aeroportuna tərəf "Berkan H2" tipli bir ədəd uzaq mənzilli ballistik raketin atılmasını təsdiq edibdir.

Yəmənin Ənsarullah hərəkatının sözçüsü Muhəmməd Əbdussəlam dünən gecə vurğulayıbdır ki, səud təcavüzkarların paytaxtı yəmənli raketlərin hədəfindədir.

Ərəbistanın Yəmənə qarşı təcavüzü indiyədək on üç mindən yuxarı yəmənlinin həyatını itirməsi, on minlərlə Yəmən vətəndaşının yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi, eləcə də bu ölkə infrastrukturlarının dağılması ilə nəticələnibdir.

Teqlər