Seyid Həsən Nəsrullah: Həririnin istefası Ərəbistanın ona diktə etdiyi qərar idi
Livan Hizbullahının baş katibi bildirib: Livan baş naziri Səd əl-Həririnin istefası səudiyyəli ədəbiyyatı ehtiva edən mətnlə səudiyyəli qərar idi və Həriri sadəcə onu oxuyub.
İRİB-in məlumatına görə, Seyid Həsən Nəsrullah ötən gün Səd əl-Həririnin istefasından sonra Livanın son olayları haqda deyib: Həriri Ər-Riyada çağırılmışdı və onun istefası Səudiyyə Ərəbistanının qərarı idi. Bu qərar Həririyə diktə olunmuşdu və o Ərəbistanın bəyanatını oxudu.
"Livan baş nazirinin istefa verməsi səbəbini Səudiyyə Ərəbistanında axtarmaq lazımdır" deyən Livan Hizbullahının baş katibinin sözlərinə görə, bu istefa Səudiyyə Ərəbistanının Livanın daxili məsələlərindəki açıq-aşkar müdaxiləsini əks etdirir.
O bildirib: Livan Hizbullahı Səd Həririnin istefa verməsini istəmirdi və onun istefa metodu Livanın hakimiyyəti, izzəti və kəraməti ilə ziddiyyətdədir.
Seyid Həsən Nəsrullah Livan baş nazirinin istefasının Ərəbistanda şahzadələrin həbsi ilə eyni vaxta düşməsinə də toxunub və deyib: Belə bir sual yaranır ki, Səd Həririnin istefasını Səudiyyə Ərəbistanının regiondakı müharibələr və qarşıdurmaları çərçivəsində araşdırmaq mümkündürmü?
Livan Hizbullahının baş katibi Livanda sülh və stabilliyin qorunmasını vurğulayıb və xatırladıb: Livanlılara deyirəm ki, heç bir nigaranlığa yer yoxdur, hamıdan istəyirəm ki, məntiqli davransınlar və keçmiş firqə və məzhəbi gərginliklər atmosferinə qayıtmaq ardınca olmasınlar.
O həmçinin Səd Həririnin terror edilməsi planı haqdakı iddialara da münasibət bildirib: Səd Həririnin terror edilməsinə cəhd haqda əl-Ərəbiyyə telekanalının iddiasının səbəblərindən biri budur ki, onun Lİvana qayıtmasının qarşısının alınmasını əsaslandırsınlar.
Livan Hizbullahının baş katibi Livan baş nazirinin istefasının İsrail rejiminin Livan əleyhinə müharibəsinin başlanğıcı olmasına dair şayiələr haqda deyib: Sionistlər Livanla heç bir müharibəyə girməyəcəklər, bu müharibədə özlərini qəti qalib hesab etmələri istisna olmaqla. Buna görə, sionistlər bu müharibədən çəkinirlər.