Noy 06, 2017 14:50 Asia/Baku
  • Kərbəlada fitnəkarlar saxlanılıb

İraq Daxili İşlər Nazirliyi Kərbəla vilayətində 22 fitnəkarın saxlanıldığını bildirib.

Süməriyyə Nyuzun verdiyi məlumata görə, İraq Daxili İşlər Nazirliyi bir bəyanatda bildirib: Bu şəxslər Hüseyn (ə) ərbəini ərəfəsində tayfaçılıq fitnəsi yaratmağa cəhd etmək niyyətində olublar.

İraq daxili işlər naziri Qasim əl-Ərəci deyib: Daxili İşlər Nazirliyi ölkədə problem yaratmaq ardınca olan hər bir şəxsi təqib edir.

İraqdan əldə olunan digər məlumata görə, İranın İraqda səfiri İrəc Məscidi deyib: Bu günə qədər 2 milyon Hüseyn (ə) ərbəini zəvvarı İranın üç sərhədindən İraqa daxil olub.

20 səfər 1439-cu il dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəla səhrasında şəhid edilməsinin ərbəinin ildönümü günüdür. Dünyanın hər bir yerindən milyonlarla müsəlman ərbəin mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən bu şəhərə səfər edir.

Teqlər