İsrail rejiminin işğalçılığına son qoymaq üçün BMT-nin 8 yeni qətnaməsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286754-İsrail_rejiminin_işğalçılığına_son_qoymaq_üçün_bmt_nin_8_yeni_qətnaməsi
BMT-nin ikinci komitəsi 8 qətnamə qəbul edərək, İsrail rejimindən Suriyanın Cövlan yüksəkliklərinə qarşı uzun illər davam edən işğalçılığına son qoymasını və Şərqi Beytül-Müqəddəsə qarşı işğalçılıq siyasətini durdurmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2017 18:00 Asia/Baku
  • İsrail rejiminin işğalçılığına son qoymaq üçün BMT-nin 8 yeni qətnaməsi
    İsrail rejiminin işğalçılığına son qoymaq üçün BMT-nin 8 yeni qətnaməsi

BMT-nin ikinci komitəsi 8 qətnamə qəbul edərək, İsrail rejimindən Suriyanın Cövlan yüksəkliklərinə qarşı uzun illər davam edən işğalçılığına son qoymasını və Şərqi Beytül-Müqəddəsə qarşı işğalçılıq siyasətini durdurmasını istəyib.

İRNA-nın məlumatına görə, BMT-nin 2-ci komitəsi İsrail rejimindən istəyib ki, işğal etdiyi Suriyanın Cövlan yüksəkliklərinin təbii ehtiyatlarından sui-istifadəyə son qoysun və Şərqi Beytül-Müqəddəsə qarşı işğalçılıq siyasətini dayandırsın.

BMT-nin Baş Assambleyası da bundan öncə İsrail rejimindən Cövlan yüksəkliklərinin təbbi mənbələrindən sui-istifadəyə son qoymasını və Şərqi Beytül-Müqəddəsə qarşı işğalçılıq siyasətini dayandırmasını istəmişdi.

ABŞ hökuməti indiyə kimi BMT-nin İsrail rejiminin fələstinlilərə qarşı işğalçılıq siyasətlərini qınayan 43 qətnaməsini veto edib.