Əmmar həkim Xalq Səfərbər Qüvvələrinin siyasiləşdirilməsinə qarşı çıxıb
-
Əmmar həkim Xalq Səfərbər Qüvvələrinin siyasiləşdirilməsinə qarşı çıxıb
İraqın Milli Hikmət partiyasının sədri bu ölkə seçki qanunlarının tənzimlənməsini istəyərək İraq Xalq Səbərbər Qüvvələrinin siyasiləşdirilməsinə qarşı çıxıb.
İraqın Süməriyyə Nyuz xəbər portalının məlumatına görə, İraq Milli Hikmət partiyasının sədri Seyid Əmmar Həkim bazar günü deyib: İraq Xalq Səfərbər Qüvvələrini daxili siyasi çəkişmələrə salmaq olmaz və xalq səfərbər qüvvələrini terrorizmdə suçlamaq qeyri-məntiqi bəhanələrlə irəli sürülən ikili meyarlardan qaynaqlanır.
Əmmar Həkim əlavə edib: İraq seçki siyahısı çərçivəsində partiya mənsubiyyəti olmayan milli liderlərə ehtiyaclıdır.
Həkim parlament seçkilərinin təyin olunduğu vaxtda keçirilməsinin vacibliyini qeyd edərək İraqın birliyinə dəstək üzrə milli cəbhənin təşkil olunmasını vurğulayıb.