Noy 29, 2017 10:24 Asia/Baku
  • Yəməndən səud muzdurlarına qarşı raket atışı

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə bir "Zəlzal-2" raketi ilə səud muzdurlarının Ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin "Bəvabə Əlmusim" məntəqəsindəki mərkəzini hədəfə alıbdır.

Bir yəmənli hərbi mənbə bildiribdir ki, bu raket hədəfə dəyib və səud muzdurlarının hərbi təhcizatlarına böyük xəsarətlər vurubdur.

Medialar da hazırda səud muzdurlarının işğalında olan Yəmənin Ədən şəhərinin Xurməksər məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər veriblər.

Bu haqda artıq detallar yayılmayıbdır.

Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzü bu ölkədə bir çox xəstəliklər yaymaqdan əlavə, kəskin ərzaq və dərman çatışmazlığına, eləcə də minlərə nəfərin həyatını itirməsi və didərgin düşməsinə bais olubdur.

Teqlər