Yəmənin siyasi dairələri düşmənlərin cəhdlərini pislədilər
-
Yəmənin siyasi dairələri düşmənlərin cəhdlərini pislədilər
Yəmənin siyasi partiyaları və dairələri birgə bəyanat verərək Sənada destabillik yaratmağa dair düşmənlərin cəhdini pisləyib və daxili cəbhənin birliyini dəstəyi və destabillik amillərinin cəzalandırılmasının əhəmiyyətini vurğulayıblar.
Fars Xəbər Agentliyinin məlumatına görə, Yəmənin siyasi dairələri şənbə gün bir bəyanat verərək fövqəladə vəziyyətin elan olunmasını və Yəmənin bütün siyasi dairələri və rəhbərlərindən düşmənin məkrli planını zərərsizləşdirmək üçün lazımi tədbirlərin görülməsini istəyiblər.
Bu bəyanatda Yəmən ordusu və Ənsarullah xalq komitələrinin düşmənin məkrli planları ilə mübarizədəki qəhrəmancasına rolu alqışlanıb.
Bu arada Yəmənin Ali Siyasi Şurasının rəhbəri Saleh Əs-Səmad Yəmən paytaxtının vəziyyətinin stabil olduğunu bildirərək siyasi dairələrdən səbirli olmalarını və məkrli plana daxil olmamalarını istəyib.
Əs-Səmad rəsmi və təhlükəsizlik dairələrindən düşmənin planını iflasa uğratmaq üçün əməkdaşlıq etmələrini və qətiyyətlilik nümayiş etdirmələrini istəyib.
Yəmən Ənsarullahı da bu gün bir bəyanatda hazırkı zaman kəsiyində prioriteti düşmənlə, onun planları ilə mübarizə və kəramət və müstəqillik savaşının davam etməsi adlandırıb.
Bu bəyanatda bildirilir: Düşmənlər Yəməni çökdürmək üçün ölkə daxilinə bel bağlayıblar, bu, onların xaricdən və qoşun yeritməklə acizliyindən sonra olmuşdur. Prioritet düşmənlə, onun planları ilə mübarizə və səudiyyəli təcavüzkarlarla savaşın davam etməsidir.
Yəmənin sabiq prezidenti Əli Abdulla Salehə bağlı qüvvələr bu gün paytaxtda təhlükəsizlik qüvvələrinin göstərişinə riayət etməyərək qarşıdurmaya səbəb olublar.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin sabiq prezidenti Əli Abdulla Salehə bağlı qüvvələrin son qarşıdurmalarını dəstəkləyib.