Əli Abdullah Salehin ofisi Ənsarullah qüvvələrinin nəzarəti altında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288139-Əli_abdullah_salehin_ofisi_Ənsarullah_qüvvələrinin_nəzarəti_altında
Yəmənin təhlükəsizlik qüvvələri sabiq prezident Əli Abdullah Salehin bəyanat verdiyi ofisə nəzarəti ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2017 15:26 Asia/Baku
  • Əli Abdullah Salehin ofisi Ənsarullah qüvvələrinin nəzarəti altında
    Əli Abdullah Salehin ofisi Ənsarullah qüvvələrinin nəzarəti altında

Yəmənin təhlükəsizlik qüvvələri sabiq prezident Əli Abdullah Salehin bəyanat verdiyi ofisə nəzarəti ələ keçirib.

İRNA-nın məlumatına görə, Ənsarullah hərəkatı paytaxt Sənanın böyük bir hissəsinin Əli Abdullah Salehə bağlı qüvvələrin nəzarəti altından çıxarıldığını bildirib.

Digər tərəfdən Yəmənin Daxili İşlər Nazirliyi Əli Abdullah Salehə bağlı yüzlərlə nəfərin təhlükəsizlik qüvvələrinə təslim olduğunu habelə, yerdə qalan yaraqlıların Sənada mühasirəyə alındığını bildirib.

Yəmənin təhlükəsizlik mənbələri bəzi məhəllələrdə təhlükəsizlik və sabitliyin bərqərar edildiyini bildiriblər.

Ənsarullah və Əli Abdullah Saleh arasındakı müzakirələrin nəticəsiz qalmasının ardınca paytaxt Sənada iki qrupun tərəfdarları arasında toqquşma baş verib. Nəticədə onlarla nəfər ölüb və yaralanıb.