Sionist rejimin ən müasir raketi Suriyada məhv edilib
Dek 05, 2017 12:57 Asia/Baku
-
Sionist rejimin ən müasir raketi Suriyada məhv edilib
Suriyanın havadan müdafiə sistemi( Pantsir-S-1) sionist rejimin "Lora" adlanan ən müasir raketini məhv edib.
İRİB-in verdiyi məlumata görə, sionist rejim Dəməşq ətrafında Cəmraya bölgəsini altı raketlə hədəfə alıb amma Suriya ordusunun havadan müdafiə bölməsi, Rusiyanın istehsalı olan " Pantsir-S-1" adlı havadan müdafiə sistemindən istifadə edərək sionist rejimin raketlərindən üçünü, o sıradan da bu rejimin ən müsir Lora raketini məhv edib.
Suriyanın havadan müdafiə bölməsi dünən də sionist rejimin Dəməşq ətrafında yerləşən ordu bölmələrindən birinə qarşı raket hücumuna reaksiya verərək raketlərdən ikisini havada vurmuşdur.