İordaniyalılar Trampın Qüds və fələstinlilərə qarşı qərarına etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288759-İordaniyalılar_trampın_qüds_və_fələstinlilərə_qarşı_qərarına_etiraz_ediblər
İordaniya xalqı və bu ölkə rəsmiləri o cümlədən Parlament sədri və üzvləri cümə günü Əmmanda, ABŞ səfirliyinin yaxınlığında aksiya keçirərək, Trampın Fələstin əleyhinə qərarına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 10:32 Asia/Baku
  • İordaniyalılar Trampın Qüds və fələstinlilərə qarşı qərarına etiraz ediblər
    İordaniyalılar Trampın Qüds və fələstinlilərə qarşı qərarına etiraz ediblər

İordaniya xalqı və bu ölkə rəsmiləri o cümlədən Parlament sədri və üzvləri cümə günü Əmmanda, ABŞ səfirliyinin yaxınlığında aksiya keçirərək, Trampın Fələstin əleyhinə qərarına etiraz ediblər.

ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasının ardınca bir çox ölkə xalqları onun bu qərarına etiraz ediblər. 

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Əmmanda keçirilən etiraz aksiyasında Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp əleyhinə şüarlar veriblər. 

Bu ilk dəfədir ki, İordaniya xalqı Ərəbistan əleyhinə şüarlar verir. Bununla da onlar, Ərəbistanın Trampın son qərarını dəstəkləmək üzrə mövqeyindən agah olduqlarını bildiriblər.