Qüds və Qərb Sahilində sionist hərbçilər və fələstinlilər arasında toqquşma baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288785-qüds_və_qərb_sahilində_sionist_hərbçilər_və_fələstinlilər_arasında_toqquşma_baş_verib
Sionist rejim hərbçiləri işğal edilmiş Qüdsün qədim hissəsində habelə, İordan çayının qərb sahilində fələstinlilərə hücum edərək, bir qrup fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2017 18:06 Asia/Baku
  • Qüds və Qərb Sahilində sionist hərbçilər və fələstinlilər arasında toqquşma baş verib
    Qüds və Qərb Sahilində sionist hərbçilər və fələstinlilər arasında toqquşma baş verib

Sionist rejim hərbçiləri işğal edilmiş Qüdsün qədim hissəsində habelə, İordan çayının qərb sahilində fələstinlilərə hücum edərək, bir qrup fələstinlini həbs ediblər.

İRİB-nin verdiyi məlumata görə, bu gün şənbə Qüdsün qədim hissəsində yerləşən Zəbəl Əz-Zeytun məntəqəsində fələstinlilər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanımasına etiraz  olaraq aksiya keçiriblər. Bunun ardınca sionist rejim hərbçiləri aksiya iştirakçılarını dağılışmağa məcbr etmək üçün fələstinlilərə hücum ediblər. Bu da iki tərəf arasında qarşıdurmaya səbəb olub.

İsrail hərbçiləri fələstinli aksiya iştirakçılarına hücum edərək, 8 nəfəri həbs ediblər.

İordan çayının qərb sahilində yerləşən digər şəhərlər də Trampın qərarına qarşı etiraz aksiyalarının şahididir. Beyt Ləhmdə fələstinlilərlə sionist hərbçilər arasında çıxan toqquşmada da bir qrup fələstinli yaralanıb.

Qəzzə zolağında da fələstinli tələbələr ABŞ prezidenti Donald Trampın Qəzzə ilə bağlı qərarına etiraz olaraq aksiya keçiriblər. İsrail hərbçiləri burda da fələstinli aksiya iştirakçılarına hücum edib.