Səudiyyə Ərəbistanı Trampın qərarına qarşı passiv mövqe sərgiləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288835-səudiyyə_Ərəbistanı_trampın_qərarına_qarşı_passiv_mövqe_sərgiləyib
Səudiyyə Ərəbistanının xarici işlər naziri dünən gecə Ərəb Liqasının xarici işlər nazirlərinin fövqəladə iclasında ABŞ prezidentinin Qüds barədə son qərarına passiv mövqe nümayiş etdirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 10, 2017 05:39 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Trampın qərarına qarşı passiv mövqe sərgiləyib
    Səudiyyə Ərəbistanı Trampın qərarına qarşı passiv mövqe sərgiləyib

Səudiyyə Ərəbistanının xarici işlər naziri dünən gecə Ərəb Liqasının xarici işlər nazirlərinin fövqəladə iclasında ABŞ prezidentinin Qüds barədə son qərarına passiv mövqe nümayiş etdirib.

Ərəb Liqasının XİN rəhbərləri ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı elan etməsinə reaksiya əlaməti olaraq dünən Qahirədə fövqəladə iclas keçiriblər. 

Bu iclasda Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əccübeyr Trampın hərəkətini pisləmədən Vaşinqtondan sadəcə Qüds barədə qərarından vaz keçməsini istəyib. 

Səudiyyəli nazirin bu passiv mövqeyi elə bir şəraitdədir ki, digər ərəb ölkələrinin nümayəndələri Trampın son qərarına qarşı qətiyyətli mövqe nümayiş etdiriblər.