Dek 10, 2017 13:28 Asia/Baku
  • Sionist rejim tankları Qəzzənin şimalına hücum ediblər
    Sionist rejim tankları Qəzzənin şimalına hücum ediblər

Sionist rejim tankları dünən gecə Qəzzə zolağının şimalında Beyt-Hanun qəsəbəsində fələstinlilərin mənzilləri və əkin sahələrinə hücum edərək sakinlərə ziyanlar vurublar.

İRİB-in verdiyi məlumata görə, Beyt-Hanun qəsəbəsinin şərqində təmas xəttində yerləşən sionist rejim tankları fələstinlilərin evləri və əkin sahələrini 3 mərmi ilə hədəfə alıblar. 

Başqa məlumata görə, sionist rejim hərbçiləri dünən gecə İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərin evlərinə soxularaq 11 nəfəri həbs ediblər. 

Bu hücum fələstinlilərin ABŞ prezidenti Trampın Qüdsü sionist rejimin paytaxtı tanımasına qarşı etirazlarından sonra baş verib. 

Teqlər