Ərəbistan ABŞ-ın ən böyük silah müştərisidir
Dek 17, 2017 20:51 Asia/Baku
Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu bir infoqrafiya yayımlayaraq səudiyyə rejimini ABŞ silahlarının əsas müştərisi adlandırıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Almaniyanın Hamburq şəhərində yerləşən Statista Rəy Sorğusu Müəssisəsi bu infoqrafiyanı və Stokholm Beynəlxalq Sülh Araşdırmalar İntistitunun statistikasını yayımlayaraq bildirib: Ötən 10 il ərzində Ərəbistan rejimi 7 milyard 479 milyon dollar dəyərində alışla dünyada ən böyük silah ixracatçısı olan ABŞ-dan ən böyük silah idxlaçısıdır.
Bu infoqrafiyaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri 6 milyard 672 milyon dollar, İraq 4 milyard 47 milyon dollar, Türkiyə 3 milyard 424 milyon dollar göstərici ilə növbəti yerləri tuturlar.