Sionist rejim Qəzzə zolağında müqavimət bazalarına hücum edib
-
Sionist rejim Qəzzə zolağında müqavimət bazalarına hücum edib
Sionist hərbçilər Qəzzə zolağında müqavimət qüvvələrinin bazalarından bir qrupunu hədəfə alıblar.
Sionist hərbçilər bu gün səhər tezdən Qəzzə zolağında yerləşən Bədr, Əsqəlan, Əlvahə və hərbi polis bazalarını hücuma məruz qoyublar.
Belə bir halda, sionist rejimin hərbi qayıqları Qəzzə zolağının cənubundakı Rəfəh sahillərini mərmi atəşinə tutublar.
Əlməyadin telekanalı da xəbər veribdir ki, sionist rejim ordusu Qəzzənin Qəta məntəqəsinin şimal-qərbində yerləşən Əlvahə məntəqəsində Fələstinin Həmas hərəkatının hərbi qolu olan Əlqəssam batalyonlarının dəniz bazasını bombardman edibdir.
Fələstinli mənbələr də bildiriblər ki, Qəzzədən Qəzzə ətrafında yerləşən sionist qəsəbələrə tərəf üç raket atılıb və bu qəsəbələrdə təhlükə siqnalı səsləndirilibdir.