Terrorçular Hələbdə bir məktəbi raketlə hədəfə alıblar
Dek 19, 2017 11:14 Asia/Baku
-
Terrorçular Hələbdə bir məktəbi raketlə hədəfə alıblar
Suriyanın şimalında Hələb şəhərinin yeni Hələb məhəlləsində bir məktəbə qarşı terrorçuların raket hücumunda 3 nəfər yaralanıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, terrorçular dünən yeni Hələb məhəlləsində qız məktəbini bir raketlə hədəfə alıblar. Bu hücumda bir məktəbli və iki müəllim yaralanıb və məktəb xəsarət alıb.
Cəbhətünnüsrə terror qrupunun tabeliyində olan terrorçular bazar günü də yeni Hələb, Əl-Həmdaniyyə və Əzzəhra məhəllələrini raketlərlə hədəfə almışdılar. Bu hücumlarda da bir qadın yaralanmışdı və əhalinin əmlakına ziyan vurulmuşdu.