Sionistlər təhlükəsizlik və asayişin üzünü görməyəcəklər
-
Sionistlər təhlükəsizlik və asayişin üzünü görməyəcəklər
Fələstinin Həmas hərəkatının rəhbərlərindən olan İsmayıl Rizvan vurğulayıb: Nə qədər ki, damarlarımızda qan cərəyan edir, Qüds intifazəsi davam edəcək və sionistlər təhlükəsizlik və asayişin üzünü görməyəcəklər.
Fələstinin Həmas hərəkatının rəhbərlərindən olan İsmayıl Rizvan fələstinlilərin Qəzzədəki aksiyasında Əlaləm telekanalı ilə müsahibədə deyib: Amerikanın Qüds qətnaməsinə qarşı veto haqqından istifadə etmək üzrə hərəkəti bizim xalqa, ümmətə və hətta əqidələrimizə qarşı aşkar təcavüz sayılır. Zira Qüds Fələstin xalqının, ərəb və İslam ümmətinin əbədi paytaxtıdır. Buna görə, biz Fələstin muxtariyyətindən Fələstin xalqını və Qüdsü müdafiə haqqına malik olması üçün qərb sahilində müqavimətə dəstək verməsi, Oslo seçiminin uğursuzluğunu elan etməsi, qəsbkar sionist dövləti və Amerika dövləti ilə bütün əlaqə formalarını dayandırması, həmçinin işğalçıların rəsmən tanınmalarını ləğv etməsi və işğalçılarla təhlükəsizlik koordinasiyasını dayandırmasını istəyirik.
Biz Fələstin muxtariyyətindən fələstinli müqavimətin gücləndirilməsi məqsədilə Qəzzə zolağına qarşı sanksiyaların ləğvini istəyirik. Biz həmçinin ərəb və İslam ümmətindən Amerika və sionist rejimin ərəb və İslam ölkələrindəki səfirliklərinin mühasirəsi və hətta ABŞ və sionist rejim səfirlərinin ərəb və İslam ölkələrindən çıxarılmasını istəyirik ki, Amerika dövlətinə və sionist işğalçılara qarşı siyasi və iqtisadi sanksiyalar həyata keçirilmiş olsun. Biz habelə Amerika dövlətinə və sionist işğalçılara deyirik ki, bizim xalqımız intifazəni və müqaviməti davam etdirəcək və sonuncu qəsbkarı öz diyarımızdan çıxaracağımız günədək sakit qalmayacağıq. Bu gün bu xalq buraya toplaşıbdır ki, Fələstin xalqının daimi və yeganə paytaxtı kimi Qüdsə olan sədaqətini elan etmiş olsun. Şərqi və qərbi Qüds mövcud deyil və təkcə Qüds mövcuddur.