Fələstinli əsirlər Knesset üzvünün əsirlərin ailələrinə hörmətsizliyinə etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i290443-fələstinli_əsirlər_knesset_üzvünün_əsirlərin_ailələrinə_hörmətsizliyinə_etiraz_ediblər
Sionist rejim parlamenti Knesset üzvünün fələstinli əsirlərin ailələrini aparan avtobusa hörmətsizliyi sionist Rimon həbsxanasında fələstinli məhbusların irimiqyaslı etirazlarına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2017 15:58 Asia/Baku
  • Fələstinli əsirlər Knesset üzvünün əsirlərin ailələrinə hörmətsizliyinə etiraz ediblər

Sionist rejim parlamenti Knesset üzvünün fələstinli əsirlərin ailələrini aparan avtobusa hörmətsizliyi sionist Rimon həbsxanasında fələstinli məhbusların irimiqyaslı etirazlarına səbəb olub.

Knessetin üzvü Oren Hazan bazar ertəsi günü fələstinli əsirlərin ailələrinin yaxınları ilə görüşmələrinə mane olaraq bu ailələri gətirən avtobusa minib və əsirlərin analarını təhqir edib.

Əl-Aləm televiziyasının məlumatına görə, Fələstin Əsirlər Mərkəzi bildirib: Sionist Rimon həbsxanasında fələstinli əsirlər Oren Hazanın hərəkətinə etiraz edib və yemək yeməkdən imtina ediblər.

Fələstinli əsirlər əsirlərin ailələrinə dəstəyi elan edərək beynəlxalq ictimaiyyətdən İsrail rejiminin cinayətlərini durdurmaq üçün addım atmasını və əsirlərin ailələrinə hörmətsizliyə mane olmasını istəyiblər.