Yan 04, 2018 11:09 Asia/Baku
  • ABŞ-ın Fələstinlə bağlı təhdidinə reaksiya
    ABŞ-ın Fələstinlə bağlı təhdidinə reaksiya

Fələstinin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin üzvü Fələstin Özünüidarə Təşkilatının sionist rejimlə müzakirəyə marağı olmadığı halda ABŞ-ın fələstinlilərə 300 milyon dollarlıq maliyyə yardımının dayandırılması üzrə təhdidini bac almaq adlandırıb.

ABŞ prezidenti Donald Tramp ötən çərşənbə axşamı günü hədələyib ki, Fələstin Özünüidarə Təşkilatı sionist rejimlə saziş etməzsə, onlara maliyyə yardımlarını durduracaq. 

İRNA-nın məlumatına görə, Fələstinin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin üzvü Hənnan Əşravi deyib: Fələstinlilər heç vaxt Fələstin xalqını işğal olunmuş ərazilərdə məsuliyyətsiz hərəkətlərdə təqsirli hesab edən ABŞ prezidentinin hərəkətinə təslim olmayacaqlar. 

Əşravi əlavə edib: Donald Trampın fələstinliləri suçlamaq cəsarəti onun məntiqə əsaslanmayan əxlaqsız hərəkətlərini əks etdirir. 

Fələstin Özünüidarə Təşkilatı sədrinin sözçüsü Nəbil Əbu Rədinə də ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı elan olunmasından sonra fələstinlilərin İsraillə müzakirələrə yenidən başlamağı istəmədiklərini bildirərək deyib: Qüds Fələstin dövlətinin əbədi paytaxtıdır və qızıl və ya milyardlarla dollar pul qarşılığında satılmır. 

ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanınması ardınca, sionistlərin yeni hərəkətində, bu rejimin parlamenti sionistlərin "Qüdsün bölünməsinə qadağa" yaxud "Vahid Qüds" adlandırdıqları qanuna ilk oxunuşda lehinə səs verib. Bu qanun bundan öncə sionist rejim Nazirlə Kabinetinin qanunvericilik nazirliyinin komitəsində təsdiqlənmişdi. 

Teqlər