Ənsarullah: BMT Yəmən böhranı barədə siyasətini dəyişməlidir
Yəmən Ənsarullahının siyasi şurasının üzvü Məhəmməd Əl-Bəxiti deyib: BMT Yəmən böhranına münasibətini dəyişməyincə bu ölkə böhranının həlli istiqamətindəki səylər səmərəsiz olacaq.
İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Əl-Bəxiti BMT baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Əşşeyxin müavini Müin Şərimin Yəmənə bu günkü səfərinə toxunaraq deyib: Birləşmiş Millətlər Təşkilatı Yəməndəki siyasi tərəfləri yeni keçid hökumətinin yaradılmasına çağırmalıdır.
Yəmən Ənsarullahının siyasi şurasının üzvü Səudiyyə Ərəbistanının təcavüzkar əməliyyatlarının güclənməsi və Yəmən şəhərlərinə qarşı bombardımanların artırılmasının Ali-Səud rejiminin Yəmən Ordusu və Xalq qüvvələri qarşısındakı acizliyindən mənşə aldığını bildirib və yəmənlilərin öz ölkələrini bundan sonra da müdafiə edəcəklərini vurğulayıb.