Bəhreyndə hakim rejim ilə müxalif olanların repressiyası davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i292579-bəhreyndə_hakim_rejim_ilə_müxalif_olanların_repressiyası_davam_edir
Ali-Xəlifə rejiminə bağlı güclər Bəhreynin paytaxtı Manamanın Əddiraz məntəqəsində aksiya iştirakçılarına qarşı böyük güc tətbiq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2018 06:17 Asia/Baku
  • Bəhreyndə hakim rejim ilə müxalif olanların repressiyası davam edir

Ali-Xəlifə rejiminə bağlı güclər Bəhreynin paytaxtı Manamanın Əddiraz məntəqəsində aksiya iştirakçılarına qarşı böyük güc tətbiq ediblər.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Əddiraz məntəqəsinin sakinləri çərşənbə axşamı 2017-ci ilin yanvarında Ali-Xəlifə rejimi tərəfindən 3 gəncin polisə müqavimətdə ittiham olunaraq edam edilməsinin ildönümü günündə küçələrə axışaraq, aksiya keçirib. 

Əddiraz sakinləri əllərində bu 3 gəncin fotoşəkillərini daşıyaraq, Ali-Xəlifə rejiminə qarşı şüarlar veriblər. 

Aksiya iştirakçıları həmçinin, tanınmış şiə ruhani Şeyx İsa Qasımın ev dustağı edilməsinə öz etirazlarını bildiriblər.