Yan 17, 2018 18:30 Asia/Baku
  • Yəməndə insan faciəsi
    Yəməndə insan faciəsi

BMT baş katibi Yəməndə hər 10 dəqiqədə bir uşağın önlənilməsi mümkün olan səbəblər üzündən həyatını itirdiyini deyərək, Ərəbistanın Yəmənə humanitar yardımların göndərilməsinə mane olmasını qınayıb.

BMT-nin 79 səhifəlik yeni hesabatı yeni yeknlara malikdir. Bu hesabata görə, Ərəbistan Yəmənə qarşı qıtlıq və aclıqdan müharibə metodu kimi istifadə edir. Ərəbitan, vaksin və dərman preparatlarının Yəmənə girişini önləməklə minlərlə insanın xəstəliklər qarşısında çarəsiz buraxır. Bununla da yəmənliləri təslim olmağa məcbur etmək istəyir.  İnsan Haqları Müdafiəçisi Katerina Reyl deyir: “Dünya ictimaiyyəti BMT-nin bütün dünyada uşaqları müdafiə etməsini istəyir. Və BMT heç bir təsir altına düşmədən üzərinə düşən vəzifəyə əməl etməlidir.”

Amma, BMT-nin baş katibi bu təşkilatın büdcəsinin böyük bir hissəsini Ərəbistanın təmin etməsini nəzərə alaraq, sadəcə xəbərdarlıq etmək ilə kifayətlənmək qərarına gəlib: “Hər 10 dəqiqədə bir Yəmənli uşaq önlənilməsi mümkün olan səbəblər üzündən həyatını itirir.”

BMT-nin yeni hesabatı tarixin yaddaşına həkk olunacaq mühüm bir sənəddir. Xüsusilə, Ərəbistanın düçar olduğu bu bataqlıqdan xilas olmaq üçün çabaladığı bu günlərdə. Siyasi məsələlər üzrə analitik Alo Marinin dediyi kimi: “Ərəbistan Yəmən böhranı üçün  heç bir həll yolu təqdim  edə bilmir. Amma, ağıllı olanları, bu bataqlıqdan xilas olmaq lazım gəldiyini deyir.”

İranın BMT-dəki səfiri isə deyir, əgər Ərəbistan bu bataqlıqdan xilas olmaq istəyirsə, bilməlidir ki, Yəmən böhranının hərbi həll yolu yoxdur: “İran Yəmənin bombardman edilməsi ilə müxalifdir. Yəmən insan faciəsi ilə üz-üzədir. Yəmənə humanitar yardımlar göndərilməlidir.”

 

 

Teqlər