İraq ordusu Kərkükdə İŞİD-in kökünü kəsmək üçün yeni əməliyyata başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i294883-İraq_ordusu_kərkükdə_İŞİd_in_kökünü_kəsmək_üçün_yeni_əməliyyata_başlayıb
İraqlı qüvvələr Kərkük vilayətinin İŞİD terrorçularının qalıqlarından təmizlənməsi məqsədi ilə yeni hərbi əməliyyatlara başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2018 17:19 Asia/Baku
  • İraq ordusu Kərkükdə İŞİD-in kökünü kəsmək üçün yeni əməliyyata başlayıb

İraqlı qüvvələr Kərkük vilayətinin İŞİD terrorçularının qalıqlarından təmizlənməsi məqsədi ilə yeni hərbi əməliyyatlara başlayıblar.

İraqın təhlükəsizlik qüvvələri 3 ildən sonra Kərkükün cənub və qərb hissələrini terrorçuların işğalından azad etməyə nail olublar. Amma, hələ də bəzi terrorçular kiçik qruplar formasında və pərakəndə şəkildə İraqın bəzi məntəqələrində öz varlıqlarını davam etdirirlər.

Skay Nyus-un verdiyi məlumata görə, İraqlı qüvvələr Kərkükün şərqində İŞİD terrorularını məhv etmək məqsədi ilə yeni əməliyyata başlayıblar.

Son zamanlar minlərlə iraqlı ailə Səlahəddin, Neynəva və Əl-Ənbar vilayətlərinin İŞİD-in işğalından azad edilməsi və terrorçulardan təmizlənməsinin ardınca öz evlərinə geri dönüb.