İraxın Daxili İşlər Nazirilyi: Əbubəkr Əl-Bəğdadi ağır yaralıdır
-
İraxın Daxili İşlər Nazirilyi: Əbubəkr Əl-Bəğdadi ağır yaralıdır
İraqın Daxili İşlər Nazirliyi əldə edilmiş məlumatlar əsasında Əbubəkr Əl-Bəğdadinin ağır yaralandığını və sağ qalması ehtimalının çox zəif olduğunu bildirib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın Daxili İşlər Nazirliyinin kəşfiyyat və terrorizm ilə mübariəzə baş idarəsinin rəisi və "Şahinlər" batalyonunun komandanı Əbu Əli Bəsri deyib: İŞİD-in lideri Əbubəkr Əl-Bəğdadi ləqəbi ilə tanınan İbrahim Əli Məhəmməd Bədri Samirayi son zamanlar səhhətinin ağırlaşmasının ardınca İŞİD-in Suriyanın Əl-Cəzirə məntəqəsindəki xəstəxanasına köçürülüb.
İraqın Daxili İşlər Nazirliyinin "Şahinlər" batalyonu komandanı əlavə edib: İŞİD liderinin vəziyyəti aldığı çoxsaylı ağır yaralar üzündən çox ağırdır. O, yeriməyə belə qadir deyil.
Əbu Əli Bəsri həmçinin deyib: Əbubəkr Əl-Bəğdadi Suriyanın Əl-Cəzirə məntəqəsindədir və hansısa başqa yerə sığınmayıb.
Bundan öncə İraqın kəşfiyyat qaynaqları Əbubəkr Əl-Bəğdadinin Əl-Ənbar vilayətinin qərbində yerləşən Ravə məntəqəsindən Suriyanın Deyrəzzur vilayətinə qaçdığı barədə məlumat vermişdilər.