Rusiya İranın Suriyadakı iştirakının qanuni olduğunu vurğuladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296255-rusiya_İranın_suriyadakı_iştirakının_qanuni_olduğunu_vurğuladı
Rusiya xarici işlər naziri deyib: İran İslam Respublikası Suriya hökumətinin müraciəti əsasında qanuni şəkildə bu ölkədə iştirak edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 07:02 Asia/Baku
  • Rusiya İranın Suriyadakı iştirakının qanuni olduğunu vurğuladı

Rusiya xarici işlər naziri deyib: İran İslam Respublikası Suriya hökumətinin müraciəti əsasında qanuni şəkildə bu ölkədə iştirak edir.

İRNA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Moskvada Valda Siyasi Klubunun 14-cü konfransının kənarında deyib: Fransa hökumətinin İranın öz qüvvələrinin Suriyadan çıxarmalı olduğunu dediyi zaman, Parisin Suriyanın qanuni hökumətinin müraciəti əsasında İranın bu ölkədə iştirakını unutduğunu göstərir. 

Lavrov əlavə edib: Əksinə, Fransa və ABŞ Suriya hökumətinin icazəsi olmadan bu ölkədə öz xüsusi hərbçilərini yerləşdirib və bu da qeyri-qanuni sayılır. 

Rusiya xarici işlər naziri həmçinin deyib: Suriyada Fransa, Britaniya və dünyanın müxtəlif bölgələrindən muzdlular vardır və Suriyada döyüşürlər.