Fev 27, 2018 14:19 Asia/Baku
  • Şərqi Qutədə beş saatlıq atəşkəs
    Şərqi Qutədə beş saatlıq atəşkəs

Suriya dairələri Dəməşqin ətrafında Şərqi Qutədə gündəlik atəşkəsin beş saat müddətinə bərpa olunduğunu bildiriblər.

Gənc Reportyorlar Klubunun Əl-İtticah televiziyasına istinadla verdiyi məlumata görə, Şərqi Qutədə sivillərin qətlə yetirilməsinin qarşısını almaq məqsədilə bu gündən etibarən hər gün səhər saat 9:00-dan 14:00-dək atəşkəs bərpa olunacaq.

Bununla yanaşı Suriya İnsan Haqları Gözətçisi qrupu da bildirib: Şərqi Qutədə kiçik şəhər və kəndlərdə sakitlik bərpa olunub.

Halbuki silahlı qruplar sivillərin bu bölgədən çıxması üçün nəzərdə tutulan keçidləri atəşə tuturlar.

Teqlər