Ali-Xəlifəyə qarşı geniş aksiya
Bəhreyn xalqı dünən gecə ölkənin Əl-Məqşa, Əl-Biladil-Qədim və Cəddi-Həfəs bölgələrində Ali-Xəlifə rejiminin müxalifətə qarşı repressiyaları əleyhinə aksiya keçirib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə,
aksiyaçılar məşhur bəhreynli alim şeyx İsa Qasimin ev dustağı edilməsini pisləyiblər və səudiyyə işğalçılaırının Bəhreyni tərk etmələrini istəyiblər.
Ali-Xəlifə rejimi 2016-cı il iyun ayında şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum edərək onun yaşadığı Əddoraz ərazisini mühasirəyə alıb.
Aksiyaçılar həmçinin Ali-Xəlifənin bəhreynli gəncləri şəhid və işgəncə etməsini pisləyiblər.
2011-ci il fevralın 14-dən bəri Bəhreyn Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının şahididir. Bəhreyn xalqı azadlıq, ədalət və xalq hökumətinin təşkil edilməsini istəyir. .