Dəməşqdə partlayış; 7 ölü və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301014-dəməşqdə_partlayış_7_ölü_və_yaralı
Dəməşqdə partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində azı bir suriyalı həlak olub, altı nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 15:37 Asia/Baku
  • Dəməşqdə partlayış; 7 ölü və yaralı

Dəməşqdə partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində azı bir suriyalı həlak olub, altı nəfər də yaralanıb.

Sputnik İnformasiya Agentliyinin Suriya polisinə istinadla verdiyi məlumata görə, bomba quraşdırılmış avtomobil Dəməşqin şimalında Bərzə məhəlləsində əl-Xənsa məscidi yaxınlığında partladılıb.

Suriyadan başqa bir məlumata görə, Ceyşül-İslam adlanan terror qruplaşmasının terrorçuları Duma razılaşmasına əngəl törətdikdən sonra Şərqi Qutədə əl-Vafidin keçidində sivilləri atəşə tutublar.