Ər-Riyadda üç partlayış səsi eşidilib
Yəmənin Ənsarullah Hərəkatının raket blməsi Ərəbistanın müxtəlif bölgələrinə doğru ballistik raket hücumlarının həyata keçirildiyini bildirib.
Əl-Aləm televiziyasının məlumatına görə, Yəmənin Ənsarullah Hərəkatının raket bölməsi bildirib: Ərəbistanın Müdafiə Nazirliyi və bu ölkədəki başqa məqsədlər Burkan H2 raketi ilə atəşə tutulub. Aramko Neft Şirkətinin bir obyekti və bu bölgədə başqa məqsədlər qısa mənzilli Bədr 1 ballistik raketləri ilə atəşə tutulub.
Frans Press də bildirib: Ər-Riyada şahidlər paytaxtda azı üç partlayış səsinin eşidildiyini bildiriblər.
Əl-Ərəbiyyə telekanalı iddia edib ki, Ərəbistanın havadan müdafiə sistemi Ər-Riyad səmasında azı bir raketi vurub.
Yəmənin Pilotsuz Uçan Aparatlar üzrə bölməsi də çərşənbə günü Ərəbistanın Əsir bölgəsində Əbha aeroportu və Cizanda Aramko neft şirkətinə məxsus obyektləri atəşə tutub.