Kimyəvi silahların qadağan edilməsi təşkilatının müfəttişləri Dumaya daxil olublar
Apr 17, 2018 21:40 Asia/Baku
Kimyəvi silahların qadağan edilməsi təşkilatının tabeliyində olan fatkaraşdırıcı komitənin təftiş qrupu bu gün Dəməşqin Şərqi Qutə bölgəsində yerləşən Duma şəhərinə daxil olub.
Kimyəvi silahların qadağan edilməsi təşkilatının tabeliyində olan fatkaraşdırıcı komitənin müfəttişləri ötən bazar günü Dumada son kimyəvi hücum iddiasını araşdırmaq üçün Dəməşqə səfər ediblər.
Suriyanın xarici işlər naziri Feysəl Miqdad dünən bildirib ki, Dəməşq Kimyəvi silahların qadağan edilməsi təşkilatının təhqiqatı üçün lazımi imkanları yaratmağa və bu təşkilatla həmkarlıq etməyə hazırdır.