Suriyanın Duma şəhərində silah və sursat aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i302696-suriyanın_duma_şəhərində_silah_və_sursat_aşkar_edilib
Suriyanın dövlət qüvvələri paytaxt Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsində terrorçuların işğalından yenicə azad edilmiş Duma şəhərində Qərb istehsalı olan külli miqdarda silah və hərbi sursat aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2018 08:05 Asia/Baku
  • Suriyanın Duma şəhərində silah və sursat aşkar edilib

Suriyanın dövlət qüvvələri paytaxt Dəməşqin ətrafında yerləşən Şərqi Qutə məntəqəsində terrorçuların işğalından yenicə azad edilmiş Duma şəhərində Qərb istehsalı olan külli miqdarda silah və hərbi sursat aşkar ediblər.

İRİB-nin verdiyi məlumata görə, bu silahlar və hərbi sursat müxtəlif növlü "Qrad" tipli roketlər, "Katyuşa" roketləri, zireh əleyhinə roketlər və roket atmaq üçün platformalardan ibarətdir.

Suriyanın Əl-Əxbariyə informsiya kanalı isə terrorçular tərəfindən Duma şəhərində qazılmış böyük bir tunel şəbəkəsinin aşkar edilməsindən xəbər verib. 20 metr dərinlikdə yerləşən bu tunellərdə yük maşınları asanlıqla hərəkət edə bilirlər.