Suriyada NATO istehsalı olan silah anbarı aşkar edilib
Rusiya mediaları Suriyanın Homs vilayətində terrorçulara məxsus silah anbarından NATO ölkələrinə aid silahların aşkar edildiyini bildiriblər.
Rusiyanın Müdafiə Nazirliynə bağlı "Zvezda" kanalının verdiyi məlumata görə, Suriyadakı münaqişə tərəfləri arasında barışıq üzrə Rusiya mərkəzinin sözçüsü Andrey Nikilov deyib: Bu silah anbarı Ənnüsrə Cəbhəsinin Zəfəran məntəqəsindəki sabiq qərargahında şkar edilib.
Onun dediyinə görə, bu anbarda aşkar edilən silahların çoxu NATO-ya üzv ölkələr tərəfindən istehsal edilib. Terrorçular qaçarkən tabeliklərində olan bəzi modern silahlar və hərbi təchizatları bu anbarda buraxıblar.
Bu anbarda aşkar edilən silahlar müxtəlif növ minaatanlar, anti-tank raketlər və TAV-2 raketləridir.
Suriyada təhlükəsizlik böhranı və vətəndaş müharibəsi 7 ildir ki, davam edir. Bu savaş ABŞ və bəzi Qərb-Ərəb ölkələri tərəfindən himayə olunan beynəlxalq terrorçuların Suriyaya göndərilməsi ilə başlanıb. İndiyə kimi bu savaşda yüz minlərlə insan ölüb və yaralanıb, milyonlarla insan isə didərgin düşüb.