İyun 04, 2018 18:54 Asia/Baku
  • İordaniya baş naziri istefa verib
    İordaniya baş naziri istefa verib

İordaniya baş naziri Hani Əl-Molqi xalq etirazlarının davamında istefa verib və bu ölkə kralı 2-ci Abdullah onun istefası ilə razılaşıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Hani Əl-Molqinin istefasından sonra İordaniyanın təhsil naziri Ömər Ərrizaz yeni hökuməti təşkil etmək missiyasını alıb. 

İordaniya xalqı 30 maydan etiraz aksiyaları keçirərək gəlirlərə yeni verginin və mədəni xidmətlər sisteminin ləğv edilməsini tələb edirlər. 

İordaniya hökuməti cari miladi ayın birindən etibarən çörəyin qiymətini artırdı və ümumi borcların azaldılması üçün bir çox mallara vergilər təyin etdi. 

İordaniyada etirazlar həbslərlə müşayiət olunur.

Teqlər